“Real” futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Uruqvaylı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Valverdenin Madrid təmsilçisi ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər idi.

Valverde 2018/19 mövsümündən etibarən “Real”da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 75 matçda 5 qol vurub.