UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində sabah keçiriləcək “Aberdin” – “Qarabağ” oyununa maraq böyükdür. FutbolPlanet.Az xəbər verir ki, Şotlandiyada baş tutacaq matç üçün satışa çıxarılan 18 min biletdən 15 mini artıq satılıb.

Bu isə o deməkdir ki, "Aberdin" azarkeşlərindən yüksək dəstək alacaq.