UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində avqustun 26-da "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlandiyaya gedir. FutbolPlanet.Az xəbər verir ki, Ağdam təmsilçisi saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yollanacaq.

Baş məşqçi Qurban Qurbanov avqustun 25-i yerli vaxtla 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı keçirəcək. Son məşq isə yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın baş tutacağı "Pittodri" stadionunda olacaq.