Premyer Liqada iki tur artıq geridə qalıb. FutbolPlanet.Az xəbər verir ki, keçirilən 8 matçda ümumilikdə komandalar 40 sarı, 2 qırmızı vərəqə ilə cəzalandırılıb.

Ən intizamsız komanda iki oyundan sonra xalsız qalan “Sabah” və son çempion “Neftçi”di. Belə ki, iki oyundan sonra “Neftçi” futbolçuları aldığı 8 sarı vərəqə ilə siyahıda birincidi. İkini yerdə 7 dəfə cəzalandırılan “Qəbələ” var. “Sabah” 6 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, eyni futbolçunun ikinci sarı vərəqə almasından sonra kartın rəngi qırmızı olub.

Avrokuboklardakı iki təmsilçimizdən biri – “Qarabağ” 5 dəfə cəzalandırılıb. Elə eyni sayda sarı vərəqə ilə”Keşlə” də cəzalanıb. Lakin paytaxt klubunun bu sarılardan ikisini eyni oyunçu, eyni oyunda alaraq qırmızı kartla əvəz edə bilib. İki oyunun nəticəsində futbolçuları ən azı sarı vərəqə alan klublar “Zirə”, “Sumqayıt” və “Səbail”di. Sözügedən komandalar hakimlərin qəzəbinə 3 dəfə tuş gəlib.