Araz Abdullayev yeni klubu "Etnikos"da rəsmi debüt edib. FutbolPlanet.Az xəbər verir ki, millimizin sabiq üzvü Kiprin A Divizionunda "Apollon"la səfər matçında meydanda olub.

Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Abdullayev start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə hesab 2:2 olarkən əvəzlənib.