Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk böyükhesablı nəticəsi 2-ci tura təsadüf edib. FutbolPlanet.Az xəbər verir ki, “Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. “Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub. “Səbail” rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb