"Liverpul"un futbolçusu Cerdan Şakiri karyerasını Fransada davam etdirəcək. FutbolPlanet.Az xəbər verir ki, İsveçrə millisinin üzvü "Lion"la razılığa gəlib.

Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat verib. Onunla imzalanacaq müqavilənin detalları hələlik açıqlanmayıb.

Cerdan Şakiri 2018-ci ildən "Liverpul"da çıxış edən 29 yaşlı yarımmüdafiəçi "Bavariya, "İnter" kimi klubların da şərəfini qoruyub.