Artıq Premyer Liqada iki tur geridə qalıb. Lakin Peşəkar Futbol Liqası 2021/2022 mövsümünün tam təqvimini hələ də açıqlamayıb.

PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov İdmanxeber.Az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Püşkatmadan sonra ilk iki turun oyunlarının vaxtını açıqladıq. Bilirsiniz ki, “Neftçi” və “Qarabağ” avrokuboklarda davam edirlər. Avqsutun 26-da pley-off mərhələsinin cavab oyunları var. Ümid edirik ki, mərhələ adlayıb xalqımızı sevindirərlər. O ki qaldı tam təqvimə… Tam təqvim hazırdır. Bzim əsas məqsədimiz təqvimdə mümkün qədər az dəyişiklik etməkdir. Ona görə də, məsləhətləşib klublara bildirdik ki, pley-off matçlarından sonra tam təqvimi açıqlayacağıq. Püşkatma günü klublara ilk 7 turun təqvimi göndərilib. Sadəcə tam günlər bəlli deyil. Yəni altı-bazar günlərindən birində oynayacaqları dəqiqdi. Tam təqvimi bu ayın 30-da ictimaiyyətə açıqlayacağıq”.