Koronavirus testi pozitiv çıxan "Sabah"ın 25 yaşlı oyunçusu Aleksey İsayev karantin qaydalarını pozub. FutbolPlanet.Az xəbər verir ki, o, dünən "İnstaqram" hesabında Dağüstü parkdan foto paylaşıb.

Karantin qaydalarını kobud şəkildə pozan İsayev qısa müddət sonra paylaşımı silib.