Qadınlardan ibarət milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, yığmamız 1310 xalla dünyanın 78-ci komandasıdır.

Komandamızın mövqeyi ötən cədvəllə müqayisədə dəyişməz qalıb. 

Siyahıya 2110 xalla ABŞ millisi başçılıq edir. 2089 xala malik İsveç 2-ci, 2073 xalı olan Almaniya isə 3-cüdür.