“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə avqustun 26-da keçiriləcək cavab oyununa ciddi itki ilə çıxacaq. FutbolPlanet.Az xəbər verir ki, Patrik Andrade Şotlandiyadakı qarşılaşmada iştirak edə bilməyəcək.

Buna səbəb onun cəzalı duruma düşməsidir. Kabo-Verdeli yarımmüdafiəçi Bakıdakı ilk görüşdə (1:0) sarı vərəqə alıb. Bu, onun mövsümdə 3-cü xəbərdarlığı olub.