"Neftçi" Konfrans Liqasının pley-offunun "Makkabi" (Hayfa) ilə cavab oyununa ciddi itkilərlə çıxacaq. FutbolPlanet.Az xəbər verir ki, 3 futbolçu avqustun 26-da İsraildə keçiriləcək matçı buraxmalı olacaq.

Bunlar dünənki oyunda (3:3) dubl edən Yusuf Laval, eləcə də Mamadu Mboc və İsmayıl Zülfüqarlıdı. Onlar cəzalı olduqları üçün meydana çıxa bilməyəcək. Laval və Mboc avrokuboklarda üçüncü sarı vərəqəni alıb, Zülfüqarlı isə ikinci sarı vərəqəni alıb.