“Qarabağ” yeni transferi İbrahima Vadjini Konfrans Liqasının "pley-off" mərhələsinin Şotlandiyanın “Aberdin" klubu ilə oyunları üçün sifariş edib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məumat verib.

UEFA-ya təqdim edilən siyahıda 26 yaşlı seneqallı futbolçu Musa Qurbanlı və Ramil Şeydayevlə birgə hücumçu kimi yer alıb.