"Aberdin"in idarə heyətinin sədri Deyv Kormak Konfrans Liqasının "pley-off" mərhələsində "Qarabağ"la Bakıdakı görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünü haqlı olaraq sərt şəkildə tənqid edib. FutbolPlanet.Az xəbər verir ki, o, stadionun ot örtüyünün şəkillərini paylaşaraq bunları qeyd edib:

"UEFA belə bir meydana necə oyun sala bilər axı? Bakıda gözəl stadion var və bunu hava limanından gələrkən gördük. Bəlkə də biz cavab matçını həvəskar komandaya məxsus "İnverdi"də keçirməliyik!"

Bu gün keçiriləcək "Qarabağ" - "Aberdin" matçı saat 20:00-da başlayacaq.