"Neftçi”nin futbolçusu Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub. FutbolPlanet.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yığmanın DÇ-2022-nin seçmə mərhələ matçlarından əvvəl keçiriləcək seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak edəcək.

O, komandanın düşərgəsinə avqustun 30-da qoşulacaq.Ötən ilin yayında transfer olunmuş Sabir Buqrin “Neftçi”nin heyətində meydana çıxdığı 35 oyunda 5 qola imza atıb.