21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, yığmamızın Finlandiya və Xorvatiya ilə görüşləri Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

U-21 oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də Xorvatiyanı qəbul edəcək.