17 yaşadək futbolçulardan ibarət millimiz Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə yoldaşlıq görüşləri keçiriləcək. FutbolPlanet.Az xəbər verir ki, matçlar sabah və ayın 19-da olacaq.

Bosniya və Herseqovinada təşkil olunacaq oyunlar üçün yığmamıza aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

 

Qapıçılar: Vaqif Məlik-Yeqanov ("Qarabağ"), Məmməd Muradov ("Qəbələ")

Müdafiəçilər: Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə ("Qəbələ"), Musa Məmmədov, Rauf Hüseynli ("Qarabağ"), Rüfət Abbasov, Ömər Qurbanov ("Neftçi"), Arzu Atakişiyev ("Kəpəz")

Yarımmüdafiəçilər: Şahin Şahniyarov, Eşqin Əhmədov ("Qəbələ"), Murad Ələkbərov ("Zirə"), Maksud Dursunov ("Dinamo", St.Peterburq, Rusiya), Adəm Topalov ("Səbail"), Murad Məmmədov ("Neftçi"), İbrahim Ağayarov ("Qarabağ"), Nahid Əliyev ("Moskovskaya Zastava" Rusiya)

Hücumçular: Sənan Ağalarov ("Qəbələ"), Sadiq Şəfiyev ("Kəpəz")