Portuqaliya millisinin üzvü Renatu Sançeş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə oyunları buraxacaq. FutbolPlanet.Az xəbər verir ki, "Lill"in 23 yaşlı yarımmüdafiəçisi zədələnib. Onun sentyabra qədər oynamayacağı və millinin matçlarında iştirak etməyəcəyi qeyd olunub.

Portuqaliya sentyabrın 1-də evdə İrlandiya, sentyabrın 7-də isə səfərdə millimizlə üz-üzə gələcək.