Avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunları başa çatıb. FutbolPlanet.Az xəbər verir ki, Avropa Liqasında mübarizə aparan "Neftçi" və Konfrans Liqasında iştirak edən "Qarabağ" axşam növbəti matçlarına çıxıblar. 

Evdə Finlandiya çempionu HİK-lə 2:2-lik bərabərliyə razılaşan "ağ-qaralar" səfərdən sərfəli nəticə ilə qazanmaq arzusunda olsa da, yekunda rəqibinə böyük hesabla uduzub.

"Qarabağ" isə Kiprin AEL Limassol klubunu qəbul edib. Komandamız son dəqiqələrdə vurduğu qolla mərhələ adlayıb.

 

20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) - 3:0

Baş hakim: Dəniz Aytekin (Almaniya)

Helsinki Futbol Stadionu

İlk oyun – 2:2

 

20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) - 1:0

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 1:1