PSJ-nin yeni transferi Lionel Messi Paris təmsiliçisinə keçidindən danışıb. FutbolPlanet.Az xəbər verir ki, argentinalı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında PSJ-dəki ilk oyununu böyük həvəslə gözlədiyini deyib:

"PSJ-də karyeramda yeni bir səhifə açmağı səbirsizliklə gözləyirəm. Klub və onun futbola baxışı mənim ambisiyalarımla tam uyğundur. PSJ-nin nə qədər istedadlı oyunçulardan təşkil olunduğunu bilirəm. Onlarla birlikdə klub və azarkeşlər üçün gözəl bir iş görməyə qərarlıyam. "Park De Prens" stadionunda meydana çıxacağım anı gözləməyə səbrim çatmır".