"Barselona" Lionel Messinin forma nömrəsini əbədiləşdirməyəcək. FutbolPlanet.Az xəbər verir ki, ispan nəhəngi La Liqadakı qaydalar səbəbindən belə bir addım ata bilməyəcək.

Əsasnaməyə görə, çempionatda iştirak edən komandalar 1-dən 25-dək rəqəmlərdə forma nömrələri ilə oynayan futbolçuların siyahısını quruma təqdim etməyə məcburdur.