"Neftçi"nin futbolçusu Namik Ələskərov karyerasını Türkiyədə davam etdirməyə yaxın olub. FutbolPlanet.Az xəbər verir ki, "Bursaspor" millimizin üzvü ilə əvvəlcə razılığa gəlib.

Ancaq transfer danışıqlarında yer almayan iki menecerin müdaxiləsindən və Bursa təmsilçisindən 100 min avro tələb etməsindən sonra bu keçid reallaşmayıb. Namikin transferindən imtina edən klub yeni oyunçularla danışıqlara başlayıb. "Bursaspor"un idarə heyətinin rəhbəri Emin Adanur Türkiyə mətbuatınaa açıqlamasında məlumatı təsdiqləyib: “Namiq transferində bu pisliyi skaut heyətimizdən Gökhan üzə çıxarıb. O, mənə yaxınlaşaraq “Bu futbolçunu biz tapdıq, araya menecerlər girdi”. dedi. Həmin anda bu transfer ləğv edildi".