“Atalanta” yeni transferini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, Berqamo təmsilçisi “Verona”nın müdafiəçisi Matteo Lovatonu transfer edib.

Bu keçid "Atalanta"ya 8+3 milyon avroya başa gəlib. İtaliyanın U-21 millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. 21 yaşlı italiyalı mərkəz müdafiəçisi 2020-ci ildə "Pedova"dan "Verona"ya 1 milyon avroya keçmişdi.