"Kəpəz" daha bir futbolçunu heyətinə qatıb. FutbolPlanet.Az I Divizion təmsilçisi Tural Rzayevlə bir illik müqavilə imzalayıb.

Gəncə futbolunun yetirməsi olan yarımmüdafiəçi əvvəlki illərdə də "Kəpəz"də çıxış edib. O, bu komandanın heyətində həm Premyer Liqa, həm də I Divizionda oynayıb.

"Kəpəz" yay fasiləsində Cavid İmamverdiyev, Vüqar Həsənov və İbrahim Qədirzadəni də heyətinə qatıb.