Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Neftçi” bu gün birinci təsnifat mərhələsinin cavab görüşündə “Dinamo”(Tbilisi) ilə üz-üzə gəlib. FutbolPlanet.Az xəbər verir ki, Samir Abasovun komandasını ilk görüşdə qələbə qazandığından bu matçda istənilən hesablı heç-heçə də qane edirdi. Komandamız matçda geri düşsə də, yekunda qələbə qazanaraq, II təsnifat mərhələsinə yüksəlib.

21:00 “Neftçi”(Azərbaycan) – “Dinamo”(Tbilisi, Gürcüstan) - 2:1

İlk oyun: 2:1