Millimizin və “Vulverhempton”un hücumçusu Renat Dadaşovun FutbolPlanet.Az saytına müsahibəsi:
- Uzunmüddətli zədədən sonra durumun necədir?
- Vəziyyətim normaldır. 60 faiz özümü hazır hiss edirəm. Tezliklə meydanlara qayıdacam və davam etməyə başlayacam.
- Zədədən qayıtdıqdan sonra hədəfin “Vulverhempton”un əsas komandasında çıxış etmək olacaq?
- Əvvəlcə, tam bərpa prosesini keçməliyəm. Ümid edirəm ki, növbəti mövsümün əvvəli əsas komandanın heyətində olacam.
- Azərbaycan çempionatını izləyirsən?
- Daha çox oyunların videoicmallarına baxıram. Demək olar ki, bütün oyunların görüntülərini izləyirəm.
- “Qarabağ”, yoxsa “Neftçi” çempion olacaq?
- İkisinin də eyni xalı var. Komandalar mövsümü yaxşı keçirir və yaxşı oyun göstərirlər. Bu səbəbdən nəsə demək çətindir.
- Azərbaycan milli komandasının düşdüyü qrup haqqında nə deyə bilərsən?
- İndidən nəsə demək çətindir. Açığı, oyunları oynamadan qrup haqqında fikir söyləmək də olmaz. Ağır və çətin qrupdur. Ümid edirəm pozitiv nəticə alarıq.
- Azərbaycan yığması ilk oyununu Portuqaliyaya qarşı keçirəcək...
- Çox çətin olacaq. Bu cür dünya ulduzlarından ibarət yığmaya qarşı oynamaq həqiqətən çətin işdir.
Elvin Rüstəmov
Tərcümə: Elsevər Məmmədov