"Çelsi"nin texniki məsləhətçisi Petr Çex yenidən yaşıl meydanlara qayıdıb. FutbolPlanet.Az xəbər verir ki, 38 yaşlı qolkiper London təmsilçisinin U-23 komandasının heyətində meydana çıxıb. Çexiyalı qapıçı Premyer Liqa-2-nin 10-cu turunda “Tottenhem”lə görüşdə oynayıb. Bu matçda "Çelsi" 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Çex 2019-cu ildə futbolçu karyerasını başa vurub və bundan sonra London təmsilçisində texniki məsləhətçi vəzifəsinə təyin olunub. Lakin 2020/21 mövsümü üçün komandadakı çətin kadr vəziyyətinə görə Premyer Liqada ehtiyat qapıçı kimi heyətə daxil edilib.