"Yuventus"un hücumçusu Kriştiano Ronaldo döyüş idman növlərini izləməyi sevdiyini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə "DAZN"a açıqlamasında bildirib: "Boksçunun işi mənimkindən daha çətindir, çünki onlar təkdirlər. Düşünmürəm ki, boksçu ola bilərəm. Çətindir. Bu istedadla doğulmalısan. Peşəkar futbolçu olmaq üçün doğulduğuma inanıram. Futbol oynamaq mənim həvəsimdir, amma televiziyada digər idman növlərinə baxmağa üstünlük verirəm. Bir futbol matçı, boks və ya UFC döyüşü izləmək arasında boks və ya UFC seçirəm".