“Barselona”nın kapitanı Lionel Messi dünya rəmzi komandasına daxil edilməsinə münasibət bildirib. FutbolPlanet.Az xəbər verir ki, 33 yaşlı argentinalı oyunçu bu haqda özünün "İnstaqram" hesabında paylaşım edib: “Mənim üçün rəmzi komandaya daxil edilmək böyük şərəfdir. Məni seçdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Həmçinin seçilən və namizəd olan bütün oyunçuları təbrik edirəm. Bu siyahıda əsl fenomenlər var”.

Qeyd edək ki, dünya simvolik komandasında Lev Yaşin (SSRİ), Paolo Maldini (İtaliya), Franz Bekkenbauer (Almaniya), afu (Braziliya) , Lottar Matteus (Almaniya), Xavi (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya),  Kriştiano Ronaldo (Portuqaliya) , Ronaldo (Braziliya), Lionel Messi (Argentina) yer alıb.