"Qarabağ” klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun cəzası ilə bağlı apelyasiya məhkəməsinə şikayət edib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə apasport.az saytına İbrahimov özü məlumat verib. O bildirib ki, UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən ömürlük cəza ilə bağlı apelyasiya müraciəti olunub. Qurumun 10-15 gün ərzində məsələyə baxması gözlənilir. İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.