İspaniya La Liqasının 13-cü turunda “Atletiko” ilə oyun (2:0) "Real"ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, bu, fransalı futbolçunun bütün turnirlər nəzərə alınmaqla “Real”ın heyətində 528-ci matçı olub. Bununla da, o, Madrid klubunun heyətində ən çox oyun keçirən legioner futbolçu olub. Benzema bu göstəricidə Roberto Karlosu geridə qoyub. Braziliyalı müdafiəçi “Real”da 527 oyun keçirmişdi.