Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda "Zarya" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.