Dortmund "Borussiya"sı baş məşqçisi Lusyen Favrı istefaya göndərib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. Ötən gün Bundesliqanın 11-ci turunda evdə "Ştutqart"a 1:5 hesablı məğlubiyyətin ardından klub rəhbərliyi bu qərarı verib. İsveçrəli mütəxəssislə yanaşı onun köməkçisi Manfred Stefes də göndərilib. Favrı onun digər köməkçisi Edin Terziç əvəzləyib.

Qeyd edək ki, Lusyen Favr 2018-ci ildən "Borussiya"nı çalışdırırdı. Onun komandası hazırda 19 xalla Bundesliqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.