“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilə bilər. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klubun prezidentliyinə namizəd olan Emili Russo təklif irəli sürüb. O, prezident seçiləcəyi halda, stadionun adının komandanın hücumçusu Lionel Messinin şərəfinə adlandırılacağını bildirib: “Stadionun “Kamp Nou – Lionel Messi” adlandırılması üçün referendum keçirəcəyik. Bundan başqa, dünyanın ən yaxşı iki futbolçusunu transfer edəcəyik. Onlardan biri Neymardır”.