Millimizin baş məşqçisi Canni De Byazi FIFA-nın “The Best” mükafatı üçün hansı futbolçuya səs verəcəyini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, italiyalı mütəxəssis "Sportowefakty" nəşrinə müsahibəsində Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovskini seçəcəyini deyib: "Birincisi, son vaxtlar onu ən yaxşı hesab edirəm. İkincisi, nəhayət nəsə dəyişməlidir. Son illərdə dəfələrlə Messi və ya Ronaldo bu ada layiq görülüb. Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır. Çünki Levandovski uzun müddətdir zirvədədir. Digər mövqelərə gəldikdə isə, Məhəmməd Salah və Kriştiano Ronaldonun oyununa valeh oluram. Ronaldonu xüsusi qeyd edərdim. O, qeyri-adi futbolçudur".

"The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək.