Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb. FutbolPlanet.Az xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq. Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək