Avrokuboklarda qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra klubların yeni UEFA reytinqi açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, cədvəldə müəyyən dəyişikliklər olub. Avropanın ən yaxşı 100 komandası sırasında Azərbaycandan yalnız "Qarabağ" yer alıb. Ağdam təmsilçisi 21,000 xalla 65-ci yerə şərikdir. "Qarabağ" ötən gecə “Sivasspor”a 2:3 hesabı ilə uduzduğu oyuna qədər 65-66-cı yerləri bölüşürdü. Artıq “Feyenoord” da təmsilçimizə şərik olub. Niderland klubu “Qarabağ” və “Styaua”ya (Rumıniya) çatıb.

Reytinq cədvəlinə 124,000 xalla “Bavariya” başçılıq edir.