FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib. Hazırda yığmamız 1180 xalla 109-cu sırada qərarlaşıb. İrəliləyişə səbəb millinin yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Qeyd edək ki, ilk üçlküdə dəyişiklik olmayıb. Belçika (1780) 1-ci, Fransa (1755) 2-ci, Braziliya (1743) 3-cü pillədə qərarlaşıb.