Dmitrios Çantakias “Zirə”də qol hesabını açıb. FutbolPlanet.Az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turunun “Keşlə” ilə ev matçına təsadüf edib. 3:1 hesablı qələbəyə qolla töhfə verən yunan legioner ilk qolunu “qartallar”ın heyətindəki 9-cu matçda vurub. Çantakias klub tarixinə Premyer Liqada qol vuran 45-ci futbolçu kimi düşüb. Onadək 44 oyunçu rəqib qapısına yol tapıb.