"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İsveçdə 2020-ci ilin ən yaxşı futbolçusu seçilib. FutbolPlanet.Az xəbər verir ki, bununla da 39 yaşlı hücumçu 12-ci dəfə ölkəsində "Qızıl top"un sahibi olub. Bu isə rekord göstəricidi. İbrahimoviç 2005-ci ildə və 2007-2016-cı illər arasında ardıcıl 10 dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilmişdi.