Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. FutbolPlanet.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 10-cu turu ilə bağlı qərarlar verilib."Qarabağ” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə” – “Keşlə” oyununda meydan sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.