Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb. FutbolPlanet.Az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Yunanıstanın AEK və Ukraynanın "Zarya" komandalarının görüşünü idarə edəcək. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, AEK - "Zarya" matçı noyabrın 26-da Afinada keçiriləcək.