Avropa Liqasının 4-cü turunda "Qarabağ"ın "Sivasspor"la keçiriləcək matçı üçün hakim təyinatları açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Referi Jakob Kehlet olacaq. Ona yan xətt hakimləri Heine Sørensen və Lars Hummelgaard köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jens Maa yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.