Bu gün Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. FutbolPlanet.Az xəbər verir ki, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, birinci divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq.  1/8 final

1. “Səbail” - “Zaqatala”

2. “Turan Tovuz” - “Qəbələ”

3. “Sabah” - “Kəpəz”

4. “Qaradağ Lökbatan” - “Zirə”

1/4 final

5. “Sumqayıt” - 1-ci cütün qalibi

6. “Qarabağ” - 2-ci cütün qalibi

7. “Keşlə” - 3-cü cütün qalibi

8. “Neftçi” - 4-cü cütün qalibi Qeyd edək ki, Azərbaycan kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.

Xatırladaq ki, ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.