Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın “Makkabi” (İsrail) ilə ev oyununun yeri müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, Ağdam təmsilçisi bu rəqibini də İstanbulda qəbul edəcək. Görüş dekabrın 3-də “Başakşəhər Fatih Terim” stadionunda olacaq.

Ölkəmizdə hərbi vəziyyət olması səbəbindən “Qarabağ” bundan əvvəl “Vilyarreal”ı (İspaniya) da bu stadonda qəbul etmişdi. Eyni zamanda, “Sivasspor”la (Türkiyə) noyabrn 26-dakı matç da eyni arenada keçiriləcək.