Azərbaycan birinci divizionunda 7-ci turun oyunlarının vaxtı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, iki günü əhatə edəcək görüşlər aşağıda göstərilən saatlarda başlayacaq.

 

25 noyabr (çərşənbə)

“Sabah-2” – “Sumqayıt-2”

Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00

“Zaqatala” – “Keşlə-2”

Zaqatala şəhər stadionu, 13:00

MOİK – “Qarabağ-2”

“ASCO Arena”, 14:00

 

26 noyabr (cümə axşamı)

“Kəpəz” – “Turan Tovuz”

Gəncə şəhər stadionu, 13:00

“Neftçi-2” - “Qaradağ Lökbatan”

Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 14:00

 

Qeyd: Tovuz şəhər stadionunda aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq I dövrənin oyunu "Kəpəz" - "Turan Tovuz", II dövrənin oyunu "Turan Tovuz" - "Kəpəz" kimi dəyişdirilib.