Sloveniyaya qarşı yoldaşlıq, Monteneqro və Lüksemburqla Millətlər Liqası matçlarındakı qolsuz heç-heçələrin Azərbaycan millisinin FIFA sıralamasında irəliləyişinə imkan yaradıb. FutbolPlanet.Az xəbər verir ki, 5 xal qazanan yığmamız 5 pillə yüksələcək. Son cədvəldə 1175 xalla 114-cü olan yığma növbəti siyahıda 1180 xalla 109-cu yerdə qərarlaşacaq. 108-ci sıradakı Zimbabvenin də eyni 1180 xalı var. Lakin bu ölkənin yığması millimizi 0,12 xal üstələdiyi üçün 1 pillə öncə qərarlaşıb. FIFA yeni reytinq sıralamasını noyabrın 26-da açıqlayacaq.