İngiltərə Futbol Liqası (EFL) komandaların bu mövsüm hər matçda beş əvəzetmədən istifadəsinə icazə verib. FutbolPlanet.Az xəbər verir ki, noyabrın 20-də Çempionşipdə "Koventri" və "Birmingem" komandaları arasında keçiriləcək matçda yeni qaydadan istifadə olunacaq.

EFL Premyer Liqadan başqa bütün çempionatlara nəzarət edir.

Bu ilin avqust ayında Premyer Liqanın əksər klubları 5 əvəzetmədən istifadə edilməsinə qarşı olublar. Ötən mövsümün sonlarında isə koronavirus pandemiyasının yaratdığı çətinliklərlə bağlı İngiltərə Premyer Liqasında 5 əvəzetmədən istifadə edilib.