Bu axşam Fransada təşkil olunan futbol üzrə Avropa çempionatının final mərhələsində 1/4 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, məhz bu gün qalan 2 vəsiqənin sahibi bəlli olub.

 

27 iyun (bazar ertəsi)

AVRO-2016, 1/8 final

 

20:00. İtaliya - İspaniya - 2:0

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sent-Denis, "Stad de Frans".

 

23:00. İngiltərə - İslandiya - 1:2

Baş hakim: Damir Skomina (Sloveniya)

Nitsa, şəhər stadionu.