“Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində 3 oyun keçirib və bütün görüşlər səfərdə baş tutub. Belə olan halda komandanın nəticələri barədə fikir bildirmək çox çətindir".

FutbolPlanet.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli sabiq komandasının çıxışını dəyərləndirərkən deyib. Alban müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi güclü rəqiblərlə evdə qarşılaşsaydı, hər şey fərqli ola bilərdi: "Komanda "Vilyarreal" kimi İspaniya nəhəngini Türkiyədə qəbul etdi. "Makkabi" və "Sivasspor" da çox yaxşı komandadır. Ev və səfər oyunları eyni olmur. "Qarabağ" hər 3 görüşünü Ağdamda keçirsəydi, eyni nəticə qeydə alınardı? Əlbəttə, yox. Doğma meydanda oynayanda nəticə də fərqli olur".